Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olub.
Bizinaz.az: FHN-dən verilən məlumata əsasən, oktyabrın 13-də nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olub, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.