Azərbaycanın işğaldan azad edilən ərazilərindən biri olan Xocavənd rayonunda yeni abidə ucaldılıb.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində Zəfər Şəhidlərinin Xatirə Kompleksi ucaldılıb.
Bu kompleksə şəhidlərimizin adının həkk olunduğu lövhə və “Dəmir Yumruq” abidəsi daxildir.