Bizimaz.az: Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü
zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan
Prezidenti
İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min
ABŞdolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.
Qeyd edək ki, avqust ayında İndoneziyada baş verən təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkmiş, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb. Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən
zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olmuş, 390 minədək əhali evsiz qalıb.