Bu görüntüləri milyonlarca insan izlədi, hüquq müdafiəçiləri kəskin tənqid etdi
bizimaz.az Las-Veqasda UFC 229 şousu çərçivəsində irlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında döyüş keçirilib.
T-Mobile arenasında keçirilən döyüş Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.
Nurməhəmmədovun üstünlüyü şəraitində keçən döyüşün sonu Makqreqorun təslim olması ilə başa çatıb. Döyüşün sonunda Nurməhəmmədovla Makqreqor məşqçiləri arasında dava düşdüyündən, oktaqondan kənarda ara qarışıb. Hətta Makqreqoru da oktaqona daxil olub vuran olub.
Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Nurməhəmmədova təqdim edilməyib. Ancaq qalib kimi Həbib Nurməhəmmədov təqdim edilib. Lakin onun titulunun əlindən alınacağı ilə bağlı məlumatlar yayılıb. “Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdən sonrakı hərəkətinə görə çempionluq titulundan məhrum edilə bilər”- bu barədə UFC rəhbəri Deyn Uayt məlumat verib.
Həbib Nurməhəmmədov isə döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib.
O, 10 sentyabr 1988-ci ildə Dağıstanda anadan olub. Milliyətcə avardır. Sosial şəbəkələrdə valideynlərinin hələ 9 yaşında ikən onu ayı balası ilə güləşdirməsi barədə görüntülər yayılıb. Milyonlarca insanın seyr etdiyi bu səhnə insan hüquq müdafiəçilərinin tənqidinə tuş gəlib. Hüquq müdafiəçiləri azyaşlı uşağın ayı ilə güləşdirilməsini təhlükəli hesab edirlər.