Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”ə təşəkkür edib.
Bizimaz.az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə H.Hacıyev özünün “Twitter” hesabında yazıb.
H.Hacıyev bildirib ki, Ermənistan hökumət dairələri ilə əlaqəli saxta hesablar yaradılıb. Həmin hesablardan biri isə onun adı ilə adlandırılıb.
Prezidentin köməkçisi “Twitter” administrasiyasına həmin saxta hesabları bağladığına görə təşəkkür edib.