Azərbaycan respublikası xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası -Türkiyə Respublikası -Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Bizimaz.az bildirir ki, bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.