Azərbaycan Gimnastika Federasiyasına (AGF)
AzVision.az- verilən məlumata görə, çempionat batut üzərində tullanma üzrə Dünya Oyunları ərəfəsində - noyabrın 11-14-də keçiriləcək. “Uçan” gimnastlar üçün
Bakı çempionatı Olimpiadadan sonra ən əhəmiyyətli yarış olacaq. Çempionatda həm adlı-sanlı, həm də gənc idmançılar yarışacaqlar.
FIG-in prezidenti Morinari Vatanabe İcraiyyə Komitəsinin qərarına münasibət bildirərək deyib: “Biz şadıq ki, böyük çempionatları əvvəllər idmanın bu növləri – batut üzərində tullanma və akrobatika üzrə dünya çempionatları keçirməyən ölkələrə etibar ediblər. Belə münasibət həmin idman növlərinin bu regionlarda inkişafına xidmət edir”.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti
Mehriban Əliyeva əmin olduğunu bildirib ki, ölkədə batut gimnastikası və tamblinq üzrə dünya çempionatının keçirilməsi bu idman növünün daha da populyarlaşmasına və inkişafına, habelə idman sahəsində beynəlxalq əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
Beləliklə, Azərbaycan idmanın gimnastika növü üzrə iki çempionatı birdən qəbul edəcək. 2019-cu ildə burada bədii gimnastika üzrə dünya forumu, 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə mundial keçiriləcək.