bizimaz.az Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən həmin ünvanda monitorinq keçirilib.
Köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer
havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer
havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub.
Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlil edilir. Aparılan monitorinqlərin nəticələrinə əsasən qanunauyğun tədbirlər görüləcək.