Ermənistanın konstitusiya quruluşunun devrilməsində təqsirli bilinərək həbs edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov zamin üçün tələb olunan 5 milyon dramı (11 min ABŞ dolları) artıq ödəyib.
bizimaz.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Miqran Poqosyan bildirib. O, qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs artıq azadlıqdadır: “Lakin o, ölkəni tərk edə bilməz”.