Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi i 22 İyul – Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov tərəfindən “AzPolitika.info”ya da göndərilən təbrik mətnində deyilir:
bizimaz.az “Əziz həmkarlar!
Azərbaycan Milli Mətbuat Günü münasibətilə Sizi təbrik edirəm. Sizin hər birinizə şərəfli və son dərəcə məsuliyyətli işinizdə yeni-yeni uğurlar diləyirəm. Sizin Azərbaycan polisinə olan diqqətinizi, bizimlə əməkdaşlığa verdiyiniz önəmi, hüquq qaydasının – yol hərəkəti təhlükəsizliyinin təbliğatında xidmətlərinizi yüksək qiymətləndirir və təqdir edirəm.
Sizi bir daha təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.
“AzPolitika.info”nun kollektivi Vaqif Əsədova diqqətinə görə təşəkkür edir, onu da həmkarımız kimi qəbul etdiyimizdən bayramını təbrik edirik.