Xəbər lenti

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

 

bizimaz.az Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bundan başqa Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sulutəpə dairəsindən DSK yolu istiqamətində, həmçinin Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Koroğlu yol qovşağı istiqamətində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

“Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, deyə məlumatda deyilir..

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov