Xəbər lenti



Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

Mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq.

Rusiyada təşkil olunacaq DÇ-2018 meydan sahiblərinin oyunu ilə başlayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində - Moskva (“Lujniki” və “Spartak”), Kalininqrad (“Kalininqrad” stadionu), Sankt-Peterburq (“Sankt-Peterburq” stadionu), Nijni Novqorod (“Nijni Novqorod” stadionu), Volqoqrad (“Volqoqrad Arena”), Kazan (“Kazan Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-Don (“Rostov Arena”), Soçi ("Fişt" stadionu) və Yekaterinburqda (“Yekaterinburq Arena”) yerləşən 12 stadionda keçiriləcək.

Mötəbər idman yarışına iyulun 15-də yekun vurulacaq.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov