Xəbər lenti

Şəhərimizdə barmaqla sayılacaq qədər böyük kosmetika satılan mağazalar var. Hər dəfə əlamətdar günlər olanda bu mağazalardan müxtəlif endirim təklifləri ilə bağlı mesajlar alırıq. Heç nəyi düşünmədən mağazaya yollanıb, kosmetik vasitələrin endirimindən yararlanmağa çalışırıq. Amma aldığımız məhsulun keyfiyyətinə, istifadə müddətinə heç baxmırıq. Dəfələrlə parfumeriya mağazalarından aldığı məhsula görə şikayət edən müştərilər olub. Kimi aldığı bahalı ətirin keyfiyyətinin olmadığını, kimi də məhsulun iyinin qalmadığını bildirib.

Ardını oxu...

2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olub.

Ardını oxu...



ABŞ prezidenti Donald Tramp hesab edir ki, Moskva ilə energetika sahəsində, xüsusən də “Şimal-axını 2” qaz boru kəmərinin tikintisinə dair imzalanan müqavilələr Almaniyanı Rusiyanın girovuna çevirib.
AzVision.az xəbər verir ki, bu barədə Tramp NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdə deyib.

“Düşünürəm ki, Almaniya Rusiyanın girovudur. Çünki Almaniya Rusiyadan çox böyük miqdarda enerji alır”, – deyə Tramp vurğulayıb.

Almaniyanın İqtisadiyyat Nazirliyi bir müddət əvvəl bəyan etmişdi ki, “Şimal-axını 2” layihəsinə görə sanksiyalar tətbiq etməyəcəyinə dair Vaşinqton Berlinə zəmanət verib.

Qeyd edək ki, Tramp NATO ölkələri dövlət başçılarının bugünkü sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldədir.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi “Qazprom” bəyan edib ki, “Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Baltikyanı ölkələr, Polşa və Ukrayna “Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bu ölkələr hesab edirlər ki, “Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfərə gedib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov