Türkiyədə Harun Yahya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar saxlanılıb.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul daxil olmaqla 5 regionda aparılan əməliyyat nəticəsində Adnan Oktar tərəfdarı olduğu bilinən 235 nəfər saxlanılıb.
Adnan Oktar cinayət törətmək məqsədilə təşkilat yaratmaq, uşaqlara təcavüz, uşaqların oğurlanması, şantaj, siyasi və hərbi casusluq, dini inancdan istifadə edərək insanları aldatma, çirkli pulların yuyulmasında ittiham olunur.