Azərbaycanda məmurlar arasında ilk dəfə Feysbuk sosial şəbəkəsində canlı yayım edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu təcrübəni mütəmadi davam etdirəcəyini bildirib.
Sabah, fevralın 10-da, Bakıda və Abşeron yarımadasında havanın əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.
Fevralın 8-də Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.
Millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Qırıqlı, Bozalqanlı, Düz Cırdaxan, Abulbəyli, Qaraxanlı, Cəlilli, Cilovdarlı, Əlimərdanlı, Əyyublu, Qədirli, Xatınlı kəndlərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirib.
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.