Xəbər lenti

11:30

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizimaz.az sözügedən məktubun mətnini təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycan dinamik inkişaf edən dövlət, etibarlı iqtisadi tərəfdaşdır.

Sanballı ictimai-siyasi dəyişikliklər, istehsal sektorunun əsaslı surətdə modernləşdirilməsi, ölkənizin beynəlxalq aləmdə nüfuzunun artması Sizin həyata keçirdiyiniz və ölkənin iqtisadi qüdrətinin, əhalinin səmərəli sosial müdafiəsinin təmin edilməsinə, müstəqil xarici siyasət yürüdülməsinə yönəlmiş kursun düzgün oduğunu əyani şəkildə təsdiq edir.

Əminəm ki, razılaşmaların praktiki reallaşması və Sizin dəstəyinizlə həyata keçirilən birgə layihələr ölkələrimizin potensialının daha da artırılmasına, Belarus və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı yardım ənənələrinin möhkəmlənməsinə şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı, qardaş Azərbaycanın əhalisinə isə sülh və firavanlıq arzu edirəm”.

***

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin”.

***

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Xorvatiya Respublikasının vətəndaşları adından ən səmimi təbriklərimi çatdırır, dövlətinizə və vətəndaşlarınıza firavanlıq arzulayıram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Mən əminəm ki, bizim bir çox sahələrdə sıx əlaqələrimiz və əməkdaşlığımız xalqlarımız arasındakı dostluğun və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə və güclənməsinə töhfə verəcəkdir.

İkitərəfli əməkdaşlığımızın və tərədaşlığımızın gücləndirilməsinə əlavə stimul vermiş Xorvatiyaya rəsmi səfərinizi məmnunluqla xatırlayıram. Nümayəndə heyətlərimiz arasındakı danışıqlar və müzakirələr zamanı vurğuladığımız kimi, Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında energetika və iqtisadiyyatdan tutmuş mədəniyyət, elm, texnologiya və təhsilə qədər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün böyük imkanlar vardır. Ümidvaram ki, qarşıdakı illərdə Xorvatiya və Azərbaycan şirkətləri arasındakı əməkdaşlıq daha da inkişaf edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident, əziz dostum.

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edir, ölkənizin və xalqınızın rifahı naminə səmimi arzularımı çatdırıram.

Qarşılıqlı hörmət və anlaşmaya söykənən Serbiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir və əlaqələrimizin inkişafına verdiyim töhfələrdən məmnunluq duyuram. Əminəm ki, Sizin Serbiyaya gözlənilən səfəriniz xalqlarımızın rifahı naminə əməkdaşlıq əlaqələrimizin hərtərəfli güclənməsinə təkan verəcəkdir.

Azərbaycanın əldə etdiyi nailiyyətlərdən fərəhlənir və əminliklə bildirirəm ki, Sizin güclü liderliyiniz, qətiyyətli iradəniz, fədakar işiniz sayəsində ölkəniz bütün məqsədlərinə nail olacaqdır.

Ölkənizin Serbiyanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyinə və Kosovo məsələsində mövqeyinə görə minnətdarlığımı ifadə edirəm. Həmçinin Serbiya BMT-nin bütün üzv dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü prinsipiallıqla tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir.

Möhtərəm cənab Prezident, tezliklə Sizin səfərinizə ümid edir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

axar.az

 
Tədbirdə Rusiyanin müxtəlif regionlarını təmsil edən dövlət rəsmiləri, Moskvanın ictimai-siyasi dairələrinin tanınmış simaları, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Onların arasında siyasət, hüquq, mədəniyyət, hərb, idman və digər sahələrdə Rusiyada fərqlənmiş onlarla nüfuzlu soydaşımız olub. 
“Natsional” dünyanın “Lakşiri kolleksiyası brendi”nə daxil olan yeganə Rusiya mehmanxanasıdır. Moskvanın ən prestijli rayonlarından birində yerləşən və pəncərələri Kreml sarayına açılmaqla xüsusu mənzərə yaratmış tarixi məkanda Rusiya Azərbaycanlıları İttifaqı Respublika Gününu qeyd etdi. Tədbiri giriş sözü ilə Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri, tanınmış telejurnalist Anar Həsənov açdı. Təmsil etdiyi təşkilatın tədbir işttirakçılarına müraciətini oxuyan natiq ADR in Azərbaycan dövlətçiliyi tarixində xidmətlərindən danışdı. 
O Məmməd Əmin Rəsuluzadənin sədrlik etdiyi Miili Şuranın, Fətəli Xan Xoyskinin baş naziri olduğu hökümətin yarandığı tarixi şərait, Tiflisdən Gəncəyə köçməsi, Bakının daşnak –bolşevik birləşmələrinin işğalından azad edilməsinə tarixi ekskurs etdi. Müasir Azərbaycan Respublikasının erməni təcavüzünə məruz qalması və bu təcavüzə qarşı mübarizədə Rusiya Azərbaycanlılarının da vacib amil olma zərurəti haqda fikirlər də müraciətdə səsləndirildi. Rusiya Azərbaycan münasibətlərinə xüsusi yer ayrılan çıxışda Heydər Əliyev şəxsiyyəti ön plana çəkilmiş oldu. Anar Həsənoov Rusiya və Azərbaycan arasındakı strateji xarakter alan münasibətlərdə görkəmli siyasətçinin rolunu xüsusi olaraq vurğulandı. 
http://moderator.az/fotobaza/orta/228764.jpg
Çıxışdan sonra ADR in tarixi haqda videoçarx nümayiş etdirildi. Daha sonra tədbirdə Rusiya Dövlət Dumasının ekspertlər şurasının üzvü Valeriya Rayzman, Rusiya Xalqları Dostluğu Universitetinin filologiya fakültəsinin dekanı professor Viktor Barabaş, Moskva Maliyyə Hüquq Akademiyasının birinci prorektoru Oleq Zabelin, Rusiya ordusunun ehtiyatda olan azərbaycanlı zabiti, general-mayor Bağır Fətullayev, Yaxın Şərq üzrə məşhur siyasi ekspert İqbal Dürrə, “Rusiya Hərbiçiləri Ailələri İttifaqi” ictimai təşkilatının rəhbəri Mariya Bolşakova və digər qonaqlar Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik etdilər. Tədbidə Rusiyanın bir çox millətlərinin təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını dedilər. Gecə iştirakçılarına Azərbaycan xalqının milli dövlət quruculuğu, onun tarixi nailiyyətləri, Qarabağ münaqişəsi haqda dolğun məlumat aşılandı. 
Çıxışlar zamanı Rusiya Azərbaycanlıları İttifaqının zəruriliyinə bütün natiqlər toxundu və sayı milyondan çox olan Rusiyanın Azərbaycan icmasına bu təşkilat ətrafında birləşmək çağırışları edildi. Rusiya Azərbaycanlıları İttifaqına müxtəlif millətlərin diaspor rəhbərləri, habelə Rusiyanın bir sıra ictimai birliklərinin təmsilçiləri xatirə hədiyyələri etdiər. Belarus, Qazax, Litva, Moldova, Özbək, Türkiyə xalqlarını Moskvada təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqını Azərbaycan diasporununn maraqlarının müdafiəçisi kimi tanıdıqlarını qeyd edib, əməkdaşlığa hazır olduqlarını ifadə etdilər. 
Gecənin qeyri rəsmi hissəsini Azərbaycan və Rusiya musiqi sənətinin tanınmış təmsilçiləri təmin etdi. Həmyerlimiz, tanınmış aparıcı və musiqiçi Solomon Lazareviç, Azərbaycan vokal məktəbinin istedadlı təmsilçisi Ataxan İsmayılov və Rusiyanın “Qolos” telelayihəsinin finalçısı Alla Rid rus və azərbaycan estradasından, habelə Müslim Maqomayev və Rəşid Behbudov repertuarından məşhur hitləri ifa etməklə gecə iştirakçılarına unudulmaz anlar yaşatdılar.
Dünya Azərbaycanlılarl Mədəniyyət Fondunun mətbuat xidməti

 

İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov