Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva azərbaycanlıları 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Bizimaz.az : Birinci vitse-prezident bu barədə sosial şəbəkədə yazıb:
“Əziz həmvətənlər,
Sizi Respublika Günü münasibətilə təbrik edirəm! 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib.
AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib.
Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq. Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm”.
İstinad