Xəbər lenti

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1568-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Bizimaz.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

30 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə fərmanın tətbiq olunduğu yaşayış binalarının sifarışçiləri, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin bir qismi ilə görüş keçirilib.

Bizimaz.az xəbər verir ki, görüşdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Azərişıq ASC-nin sədr müavini Ramil Yusifov, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrasının vəziyyəti barədə danışıb. Nazir qeyd edib ki, bəzi çoxmənzilli yaşayış binalarının istismara qəbulu ilə bağlı mövcud vəziyyət sakinlərin haqlı narazılığına səbəb olaraq, onların mülkiyyət hüquqlarının reallaşdırılmasına əngəllər yaradıb. Vətəndaşların gündəlik problemlərinin həllinə xüsusi həssaslıqla yanaşan ölkə başçısı cənab İlham Əliyev illərdir öz həllini tapmayan bu məsələdə də öz qətiyyətli mövqeyini ortaya qoyub. Nazir K.Heydərov sözügedən Fərmanın icrası istiqamətində həm Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyi, Azərsu və Azərişıq Açıq Səhmdar cəmiyyətləri qarşısında, həm də müvafiq yaşayış binalarının sifarışçiləri qarşısında olduqca mühüm vəzifələr durduğunu xatırladaraq bildirib ki, bu baxımdan Fərmanın icrasına məsul olan dövlət qurumları ilə tikinti fəaliyyəti subyektləri arasında məhsuldar qarşılıqlı əlaqənin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bugünkü görüşün də bu məqsədlə təşkil edildiyi və Fərmanın icrası ilə bağlı qarşıya çıxan məsələlərin həlli istiqamətində fikir mübadiləsinin aparılmasının işlərin sürətləndirilməsinə təkan verəcəyi qeyd edilib.

Nazir deyib ki, işlər fərmanla müəyyən olunmuş zaman çərçivəsində həyata keçirilir və fərmanda müəyyən olunduğu kimi, ötən 2 ay ərzində respublika üzrə istismarına icazə verilmədən faktiki istismar edilən bütün çoxmənzilli yaşayış binalarında müayinə işləri həyata keçirilib. Müayinələrin nəticəsi olaraq bu kateqoriyaya aid 26 binanın istismara hazır olması barədə müsbət rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir, bugünə qədər qərargahda 260 yaşayış binasının nümayəndələrinin qəbul edilərək, onlara zəruri izahatlar verildiyini deyib və əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi istənilən dəstəyi göstərməyə hazırdır.

Sonra çıxış edən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına məsul olan aidiyyəti qurumların rəhbər şəxsləri müayinə nəticəsində aşkar edilmiş qüsurlar, mövcud problemlər, onların həlli yolları və işlərin ümumi gedişatı barədə məlumat veriblər. Bildirilib ki, Fərmana uyğun olaraq, növbəti mərhələ kimi 5 ay müddətində çatışmazlıqlar aradan qaldırılmalı və binaların istismara qəbul olunması üçün aidiyyəti üzrə yenidən müraciət olunmalıdır.

Daha sonra istismara hazırlığı baxımından müsbət rəyin verilməsi mümkün olmayan yaşayış binalarının sifarışçilərinin, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin fikirləri, qarşıya çıxan məsələlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib. Çıxış edən şəxslər “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əhəmiyyətindən danışaraq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Sonra Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.



Təhsil naziri Ceyhun Bayramov ADNA-da baş verən terrorun qurbanlarının xatirəsini anıb.

Bizimaz.az:  bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial  şəbəkədə məlumat paylaşıb.

 Nazir ADNA qurbanlarını andı- FOTOLAR
  • Nazir ADNA qurbanlarını andı- FOTOLAR
  • Nazir ADNA qurbanlarını andı- FOTOLAR
  • Nazir ADNA qurbanlarını andı- FOTOLAR
 
 

May ayının 3-də saat 8:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant (42 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində sıra baxışı keçiriləcək.

Ardını oxu...

Prezident hökumətin iclasını keçirdi
 

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov