Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğu soydaşlarımıza ehtiyatlı və tədbirli olmaqla bağlı müraciət ünvanlayıb.
Bu barədə Baş Konsulluqdan BAKU.WS-ə daxil olan məlumatda qeyd edilir.
Baş Konsulluğun bəyanatı isə belədir: "Əziz həmvətənlər, #erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlar paylaşılmışdır. Tərəfimizdən bununla bağlı dərhal Los Anceles Polis İdarəsinə məlumat verilərək, məsələnin ciddi şəkildə araşdırılması xahiş olunmuşdur. Bu, bir sıra radikal və aqressiv erməni qruplarının hədə-qorxu kampaniyasının tərkib hissəsi ola bilər.
Hər birinizi bu günlərdə ehtiyatlı və tədbirli olmağa, eyni zamanda təxribatlara əsla uymamağa çağırırıq. Bununla bağlı hər hansı məlumatla qarşılaşacağınız halda qaynar xəttimiz (1 (310) 447-4616) və ya bu FB səhifəsinə mesaj göndərərək bizimlə əlaqə saxlamağınızı xahiş edirik".
BAKU.WS