Xəbər lenti


8 aydır ki, bütün dünyada, eləcə də Azərbaycanda qapalı məkanlarda koronavirus pandemiyasına görə maska taxmaq, sosial məsafəni qoruyub, dezinfeksiya məhlullarından istifadə vacib hesab olunur. Hazırda Azərbaycanda gündəlik koronavirusa yoluxanların və sağalanların artma-azalma dinamikası ilə davam edir. Azərbaycanda maska və dezinfeksiya məhlullarının istifadəsindən nə vaxt imtina edilə bilər?

 

Bizimaz.az - n məlumatına görə, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, qarşıda hələ payız gəlir:

"Bilirsiniz ki, payızda digər viruslar da aktivləşir. Ona görə də düşünürəm ki, karantin davranışları payız aylarında da lazım olacaq. Payızın sonunda bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır.

Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq.

Təbii ki, payız aylarında maskadan daha çox xəstələrin, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir. Yəqin ki, maskadan və dezinfeksiya məhlullarından tam azad olmaq ilin sonunda mümkün olacaq".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov