Xəbər lenti



24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinanadan olmasının 60-illik yubileyi münasibətilə Pirallahı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Pirallahı qəsəbəsində 600 ədəd müxtəlif ağac növləri (eldar şamı, zeytun, sərv) əkilib. Ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun  yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonumuzda ümumilikdə 365000-dən artıq müxtəlif növ ağaclar, gül  və  kol  bitkiləri əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir.

2021-ci ildə Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması istiqamətində  silsilə tədbirlər həyata keçirilmişdir. Cari il ərzində 4000-ə yaxın müxtəlif  ağac növləri əkilmişdir ki, bu da getdikcə vüsət alan  ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinə öz töhfəsini vermişdir. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Yaşıl marafon” layihəsi çərçivəsində respublikanın bütün guşələrində olduğu kimi, Pirallahı rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır.

Qeyd edək ki, 2021-ci il ərzində bir sıra dövlət qurumları və eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyi rayon ərazisində ağacəkmə aksiyaları həyata keçirmişlər.

İlham Əliyev və Mehriban Əliyeva Hadrutda
 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Ardını oxu...



Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Ardını oxu...

emin.jpg (637×400)

Təhsil naziri Emin Əmrullayev son brifinqdən sonra məktəblərdə pul yığılması məsələsi ətrafında cəmiyyətdə yaranan müzakirələrə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə İTV-yə müsahibəsində danışıb.

 

“Bu, çox mürəkkəb məsələdir. Mən son brifinqdə bu məsələyə toxundum. Çalışdım ki, bu barədə ictimai müzakirəyə başlayaq. Hazırda da bu müzakirə gedir.

Biz də izləyirik. Müxtəlif fikirlər səslənir. Fürsətdən istifadə edib səslənmiş fikirlərə fikir bildirən hamıya təşəkkür edirəm. Təəssüf ki, bəzən səsləndirilməyən fikirlər də səsləndirilir və onlara fikir bildirilir. Amma bu normaldır, gözləniləndir, həmişə belə olur”, - nazir qeyd edib.

O bildirib ki, bu məsələdə ümidsizliyə qapılmağa ehtiyac yoxdur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov