Xəbər lenti

 

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən, ölkəmizə nəql olunması nəzərdə tutulan qazın artıq ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunmasına başlanılıb.

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, ilin əvvəlindən bu müqaviləyə əsasən, ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq Azərbaycana təhvil verilir və Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur.

İbrahim Əhmədov əlavə edib ki, gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq:

“İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur”.

Qeyd edək ki, qaz sazişi 28 noyabr 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 15-ci Zirvə Toplantısı zamanı Xəzəryanı üç ölkənin prezidenti tərəfindən dəstəklənərək, noyabrın 30-da neft sənayesi nazirləri tərəfindən imzalanıb.

Sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və Azərbaycana Astara sərhədində svop haqqı çıxılmaqla bərabər ekvivalent məbləği çatdıracaq. Svop sazişi çərçivəsində İran Türkmənistandan alacağı qazla ölkənin şimal əyalətlərinin ehtiyaclarını ödəyəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov