Xəbər lenti



Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yeri tutub.
 
Bizimaz.az  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının noyabrda dərc edilən sağlamlıq nəşrində yer alıb.
 
Qeyd olunub ki, Litvada bir nəfər orta hesabla il ərzində 12,3 litr spirtli içki qəbul edir.
 
Litvadan sonra Avstriya (11,8 litr) və Fransa (11,7) gəlir. İlk beşlikdə Çexiya (11,6 litr) və Lüksemburq da (11,3 litr) var. Altıncı yerdə qərarlaşan dövlətlərin sakinləri orta hesabla il ərzində 11,2 litr spirtli içki qəbul edir. Bunlar Latviya və İrlandiyadır.
 
Macarıstan Rusiya ilə birlikdə, 11,1 litr göstərici ilə yeddinci yerdə qərarlaşıb. Almaniya (10.8 litr), Portuqaliya (10.7 litr) və Polşa (10.6 litr) vətəndaşları ilk onluğun sonuncu üç yerini tutublar.
 
Vətəndaşlarının ən az içki qəbul etdiyi dövlətlər isə İndoneziya (0.3 litr), Türkiyə (1.4 litr), İsrail (2.6 litr), Hindistan (3.0 litr) və Kosta Rikadır (3.8 litr)

Report.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov