Dünyada məşhur silah taciri olan belçikalı Jak Mesye həbs olunub.


Bizimaz.az: BAKU.WS xəbər verir ki, silah taciri Portuqaliyanın Evora şəhərində ələ keçib. 

O, qanunsuz silah alveri ilə məşğul olduğu üçün barəsində 2017-ci ildə 3 ilə qədər həbs və 300 min avro cərimə cəzası kəsilib. Bu qərardan şikayət verən silah ticarətçisinin həbs müddəti 2018-ci ildə 4 ilə qədər artılıb və 1,2 milyon avro cərimə cəzası çıxıb. O, məhkəmə qərarından sonra Beklçikanı tərk edərək Portuqaliyaya qaçıb. 

Qeyd edək ki, Jak Mesye 35 ildir müxtəlif növ silahlar, hərbi sursat, tank, vertolyot, təyyarə və digər hərbi avadanlıqların qanunsuz ticarəti ilə məşğul olurdu.