Tanınmış rusiyalı skripkaçı Yekaterina Tsukanova Londonda ölü tapılıb.
Bizimaz.az: Londonun Kensinqton bölgəsində yaşayan 17 yaşlı musiqiçinin meyiti evində aşkar edilib.
“Daily Mail” isə huşsuz vəziyyətdə olan Yekaterinanın xəstəxanaya yerləşdirildikdən sonra öldüyünü yazıb.
Vəfatından bir neçə saat öncə Y.Tsukanova Londonun Kral Opera Teatrında çıxış edib.
Qeyd edək ki, skripkaçının atası İqor tanınmış kolleksiyaçı, mesenat, art-prodüserdir. O, məşhur “Post-pop” beynəlxalq sərgisinin təşkilatçısı idi. Bununla yanaşı, İqor London Filarmoniya Orkestrinin sponsorudur.
Gənc skripkaçının rəfiqələrinin verdiyi məlumata görə, onun ölümünə dozadan artıq narkotik istifadə etməsi səbəb olub.
“Katya yanlış seçim edən ağıllı qız idi”, - bu versiyanı nəzərdən keçirən atası bildirib.
Yerli polis hadisə ilə bağlı araşdırma aparır. Lakin indiyədək əldə olunan nəticə barədə məlumat verilmir.