Xəbər lenti

 
 
 
Parisdəki müqəddəs Notr-Dam katedralında yerli vaxtla saat 19:00–da başlayan yanğın hələ də söndürülməyib.

Katedralda saxlanılan qədim dini sənət əsərlərinin böyük bir hissəsi, o cümlədən İsa peyğəmbərə aid olan maddi irs nümunələri yanğından mühafizə edilib. 

Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, hazırda binada baş verən yanğını söndürmək mümkün deyil. Yanğın nəticəsində XII əsrə aid kilsənin ən hündür qülləsi və damı uçub.

Hadisədən sonra Fransa prezidenti Emmanuel Makron  keçirəcəyi mətbuat konfransını ləğv edib və hadisə yerinə gəlib.Qədim mədəniyyət abidəsinin yanması bütün dünyada böyük itki kimi qiymətləndirilib.

Yanğınsöndürənlərin ehtimallarına görə, Notr-Dam kilsəsinin şimal qülləsi hissəsinin tamamilə məhv olma ehtimalı var. Bir qədər əvvəl isə kilsənin bərpasının azı 10 il vaxt tələb edəcəyi açıqlanıb.

Qeyd edək ki,əsası1163-cü ildə qoyulmuş Notr-Dam kilsəsi Müqəddəs Məryəm Ana Kafedralının əsas tərkib hissəsi idi. İldə 13 milyon turist qəbul edən bu tarixi abidə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş nadir memarlıq incilərindən biridir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov