Xəbər lenti

London bu ölkənin 1,2 milyardlıq qızılını qaytarmayacaq
 İngiltərə bankı Venesuelanın 1,2 milyard dollar dəyərində qızıl külçələrini qaytarmayacaq.

Bizimaz.az xəbər verir ki, bu haqda “Blomberg” agentliyi yazıb.

Xəbərə görə, İngiltərə bankı qızıl külçələrin qaytarılması üzrə Venesuela prezidenti Nikolas Maduronun tələbini rədd edib.

İngiltərə Maliyyə Nazirliyi bu qərarı ABŞ-ın dünya ölkələrinə çağırışından sonra qəbul edib. ABŞ-ın bəzi rəsmi şəxsləri, həmçinin dövlət katibi Mayk Pompeo və prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Venesuela hakimiyyətini xarici aktivlərdən məhrum etməyə çağırıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov