Xəbər lenti

swine-flu
Gürcüstanda qrip virusunun geniş yayılması ilə bağlı Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi fövqəladə iş rejiminə keçib.

 

Bizimaz.az bildirir ki, “Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin xəstəxanalar bu gündən etibarən saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərəcək.

Yanvarın 8-dən başlayaraq isə səhiyyə ocaqları 24 saatlıq iş rejiminə keçəcək.

Gürcüstanın Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək qripin ilk simptomları yaranan kimi dərhal həkimə müraciət etməyə çağırıb. Qurumdan bildirilib ki, ölkədə mövsümi qripin yayılmasının azalma tendensiyası müşahidə olunur.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi” adlandırılan H1N1 virusuna yoluxmadan 8 nəfər ölüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov