![]() |
ABŞ-da Nyu-York şəhərindəki "Trump Tower"in qarşısındakı küçəyə ABŞ-ın sabiq prezidenti Barak Obamanın adının verilməsinin təklif edildiyi petisiya yaradılıb.
Bizimaz.az xəbər verir ki, bu barədə "The Hill" yazıb.
Məlumata görə, Beşinci avenyuda 56-cı və 57-ci küçələr arasındakı ərazinin Obamanın şərəfinə adlandırılması təklif olunur.
Qeyd olunur ki, bununla ABŞ Prezidenti Donald Tramp seçki qərargahının ünvanında Obamanın adını göstərməli olacaq, çünki qərargah çox güman "Trump Tower"də yerləşəcək.
Cümə günü səhər saatlarına qədər 4,3 min nəfər petisiyanı imzalayıb.