Moldovada növbədənkənar parlament seçkiləri keçirilir.
Bizimaz.az-n məlumatına görə Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, səsvermə məntəqələri saat yeddidən öz işinə başlayıb.
Vətəndaşlar iki mindən çox məntəqədə səs verə biləcəklər.
Moldova qanunvericiliyinə görə, vətəndaşların üçdə biri səsvermədə iştirak edərsə, seçkilər baş tutmuş sayılacaq.