İsveçrə hökuməti Baydenlə Putinin görüşüylə əlaqədar hava məkanına girişi qismən məhdudlaşdıracaq.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, uçuşların özəlliklə Cenevrədəki Millət Saray üzərində məhdudlaşdırılacağı bildirilib.
Məhdudiyyətin iyunun 15-dən 17-nə qədər qüvvədə qalacağı bildirilib. İsveçrə Hərbi Hava Qüvvələrinin məhdudiyyətlərin gerçəkləşməsinə nəzarət edəcəyi vurğulanıb.
Cenevrəyə, həmçinin 1000-ə yaxın hərbçinin yerləşdiriləcəyi qeyd edilib. Onlar şəhərdəki xarici ölkə nümayəndəliklərini qoruyacaq.
Qeyd edək ki, Baydenlə Putin iyunun 16-da görüşəcək.