Xəbər lenti

İtkin düşən rus nazir tapıldı
 

Üç gündür itkin düşən Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski tapılıb

 

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə region hökuməti məlumat yayıb. Bildirilib ki, Muraxovski Baslı kəndi ərazisində insanların qarşısına çıxıb.

Qeyd olunub ki, onun vəziyyəti yaxşıdır, Bolşeukovski bölgəsindəki bir xəstəxanada müayinə olunur.

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə İdarəsi A. Muraxovskinin kvadrosikllə mayın 7-də ovçuluq bazasından meşə massivinə getdiyini, bu günə qədər harada olduğunun müəyyənləşmədiyini açıqlamışdı.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov