Xəbər lenti

 

Pandemiya səbəbindən Böyük Britaniya Kraliçası II Elizabet həyat yoldaşı Edinburq hersoqu Filipp ilə birlikdə Milad bayramını kral ailəsinin digər üzvlərindən ayrı olaraq qeyd edib.

 

Bu barədə “İnterfaks” xəbər yayıb.

Cütlük bayramı ailənin bütün üzvlərinin Miladda ənənəvi olaraq toplandığı “Sandrihem” Sarayında deyil, “Vindsor” iqamətgahında qeyd edir.

II Elizabet bu il həmçinin ibadət tədbirinə qatılmaqdan imtina etmək məcburiyyətində qalıb.

Böyük Britaniya kraliçasının təbəələrinə Milad nitqi gözlənilir. Çıxış yerli vaxtla 15:00-a planlaşdırılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov