Dünya üzrə koronavirusa yoluxma halı ilə bağlı son statistika açıqlanıb.
Bizimaz/az xəbər verir ki, hazırda bu virusa yoluxanların sayının 590 590 olduğu açıqlanıb. Onlardan 26.965 nəfər ölüb, 132.490 nəfər isə sağalıb.
ABŞ-da yoluxma kəskin artıb və 100.514-ə çatıb. Bu ölkədə son sutkada 251 nəfər virusdan həyatını itirib, ümumilikdə isə koronavirusdan ölənlərin sayı 1.546-ya yüksəlib.
İtaliya yoluxma sayına görə Çini üstələyib və ikinci yerə qalxıb. Hazırda İtaliyada koronavirusa 86.498 yoluxma var. Son sutkada isə rekord ölüm qeydə alınıb - 919 nəfər. İtaliyada ümumi ölənlərin sayı 9.134-ə çatıb.
3-cü yerdə Çin (81.340 yoluxça, 3.292 ölüm), İspaniya (64.285 yoluxma, 4.940 ölüm) və Almaniya (50.871 yoluxma, 342 ölüm) qərarlaşıb.
İspaniyada da bu gün rekord ölüm - 569 nəfər - qeydə alınıb.
Fransa yoluxmada İranı qabaqlayaraq, 6-cı yerə qalxıb. Bu ölkədə 32.964 yoluxma var, ümumilikdə 1995 nəfər ölüb (son sutkada 299 nəfər).
32.332 yoluxma ilə 7-ci sırada olan İran isə son sutkada 144 nəfər ölüb. İranda ümumilikdə bu virusdan 2.378 nəfər dünyasını dəyişib.