Xəbər lenti

 

Türkiyənin Van şəhəri yaxlınlığında qar uçqunu baş verib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, Van-Baxçasaray yolunun 33-cü kilometrliyində hərəkət edən mikroavtobusun üzərinə düşən uçqun nəticəsində 2 nəfər itkin düşüb.

İki nəfərin axtarışlarının davam etdiyi bir vaxtda ərazidə ikinci uçqun baş verib.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hələlik ümumilikdə 8 nəfərin həlak olduğunu, 30-dan şəxsin xilas edildiyini deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orxan yaralı vəziyyətdə xilas edilib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van şöbəsinin rəhbəri Osman Uçağın da uçqun altında qaldığı bildirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov