Xəbər lenti

 

Türkiyədə zəlzələ təhlükəsi davam edir.

 

“HaberGlobal”ın məlumatına görə, Mərmərə dənizinin Silivri hissəsində 7,6 bal gücündə zəlzələ baş verəcəyi gözlənilir.

Bu barədə Geologiya üzrə ərazi şöbə müdiri Ergin Er deyib.

O, baş verəcək zəlzələ nəticəsində Bursanın ciddi zərər görəcəyini bildirib.

Onun dediyinə görə, Mərmərədə baş verəcək zəlzələ Avstriya və İtaliyada da hiss ediləcək. Çünki Bursanın coğrafi mövqeyi zəlzələnin təsirini gücləndirərək ətraf ərazilərə yaya bilər.

Ergin Er qeyd edib ki, 1855-ci ildə Bursada 7,2 bal gücündə baş verən zəlzələ minə yaxın insan itkisi və dağıntılarla nəticələnib:

“Bursada baş verə biləcək zəlzələ ciddi tələfata səbəb ola bilər. Buna görə təcili tədbirlər görməliyik”, - deyə o vurğulayıb.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov