Xəbər lenti


İrəvanda ara qarışdı, "Su-30"lar havaya qalxdı - VİDEO
 85

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

BAKU.WS xəbər verir ki, baş nazir Nikol Paşinyan tələbi rədd edərək hökumət binasının önündə - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin çoxməqsədli "Su-30" qırıcı təyyarəsi paytaxt Yerevanın üzərində manevrlər edib.

Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.

 

VİDEO
 

Avstraliyadan olan cütlük təyyarədə, 12 min metr hündürlükdə evlənərək, 150 səfər yoldaşlarını təəccübləndiriblər.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, 35 yaşlı Eleyn Tionq və 36 yaşlı Lyuk Sərdar “Virgin Australia” aviaşirkətinin Melburn-Sidney marşrutu ilə hərəkət edən təyyarəsində həyatlarını birləşdiriblər.

“Sözün doğrusu, uzun illər  toy planlaşdırması ilə məşğul olmuşam və yüzlərlə mərasimin təşkilindən sonra özümüz üçün də qeyri-adi bir şey etmək istədim. Qeyri-standart bir toy – hər zaman xəyalım olub. Lyuk səyahət və təyyarələri sevir, buna görə daha idealını düşünmək mümkün deyildi”, - deyə Tionq bildirib.

“Ailəmiz və dostlarımız ehtimal ki, bizim dəli olduğumuzu düşünürlər. Ancaq qoy bilsinlər ki, biz hər zaman macəraya hazırıq”, - deyə Sərdar hisslərini bölüşüb.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov