ABŞ-ın Nyu-Cersi ştatının Atlantik Siti şəhərində əvvəllər otel və kazino kimi fəaliyyət göstərən 39 mərtəbəli məşhur “Trump Plaza” kimi tanınan bina sökmək məqsədilə partladılıb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, binanın partladılması anı yerli “nj.com” portalının “youtube” kanalında yayımlanıb. Binanın sökülməsini bir çox şəhər sakini izləyib.
Qeyd edək ki, bina 1984-cü ilin mayında istifadəyə verilib, şəhərdəki sayca onuncu qumarxana kimi fəaliyyət göstərir, lakin 2014-cü ildə bağlanıb.
2016-cı ildə fəaliyyətini dayandırdıqdan sonra onun mülkiyyəti “Trump Entertainment Resorts”dan “Icahn Enterprises”ə təhvil verilib.
Atlantik Şəhər Bələdiyyə Başçısı Marti Smoll 2020-ci ildə binanın sökülməsi ilə bağlı əmr imzalayıb.
BAKU.WS