Xəbər lenti


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı - Yelizaveta  “Instagram” səhifəsində müsəlmanların müqəddəs Ramazan ayında oruc tutma təcrübəsini paylaşıb. 
Moderator.az  Rusiya mediasına istinadla xəbər verir ki, Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edən Y.Peskova oruc ibadəti haqqında fikirləri ilə bölüşüb.
 
“Bir çoxları üçün oruc tutmaq çox çətin və yorucu bir şeydir. O cümlədən sutkada 4 litr su içən mənim üçün. Ancaq  məsələ özünü yönləndirməkdən asılıdır”,- Putinin köməkçisinin qızı belə yazır. 
 
Liza əlavə edib ki, ruhi inkişafa, gerçəkləri bilməyə can atan inanclı insan olaraq İslamla çox maraqlanır və bu il Ramazan ayının son üç günündə oruc tutub.  
 
Y.Peskova orucun tibbi əhəmiyyətindən də danışıb: 
“Oruc hüceyrələri yeniləndirir  və insan orqanizmi özünü təmizləməyə başlayır...” 
 
 "Əsas onu bilmək vacibdir ki,  hər bir  pəhrizin  məqsədi  özünüintizama alışmaq, ləzzətlərdən uzaqlaşma, ruhi durumumuza və düşüncələrimizə diqqət yetirməkdən ibarətdir”-deyə D.Peskovun qızı fikirlərini ümumiləşdirib.


İstinad


 

Rusiya Qazaxıstan ərazisindəki poliqonda yeni raket əleyhinə müdafiə sisteminin sınaqlarını keçirib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.

Rusiya Hərbi Kosmik Qüvvələrinin Raket Əleyhinə Mübarizə birləşmələrinin komandir müavini Vladimir Sergiyenkonun sözlərinə görə, yeni raket xarakteristikalarını tamamilə doğruldub və tapşırıq uğurla icra edilib.

Qeyd edək ki, raketin sınaq buraxılışları Sarı-Şaqan poliqonunda keçirilib. (axar.az)



Dünyaca məşhur “Apple” texnologiya şirkəti bu günə qədər istehsal etdiyi ən güclü “Mac Pro” (Yeni nəsil professional kompüter) məhsulunu təqdim edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov