“Bu nöqtədən geri addım atmaq məsələsi müzakirə mövzusu belə deyil. Lazım gəlsə, Putin ilə görüşərəm”.
Bizimaz.az: Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə kompleksləri səbəbilə ABŞ-Türkiyə arasında yaşanan gərginliklə bağlı danışarkən deyib.
Uzun müddətdir ki, məsələ ilə bağlı açıqlama verməyən prezident Ramazan bayramı münasibətilə qılınan namazdan sonra jurnalistlərə verdiyi açıqlamada son nöqtəni qoyub: “Xüsusilə, İdlib məsələsini cənab Putin və Trampla müzakirə etdik. Suriyanın şimalında təhlükəsiz bölgə ilə əlaqəsi olan hər kəslə görüşürük. Tramp İngiltərədə səfərdədir. Biz yenə də onunla görüşərik. Lazım gəlsə, cənab Putin ilə də görüşərik. Təmənnamız bir an əvvəl burada sülhü təmin etməkdir. Bizim atdığımız addım bəllidir. Əldə etdiyimiz bir razılaşma var. Biz ABŞ-a da təklifimizi göndərdik. Heyət yaradaq dedik. “Patriot” da alaq dedik. Amma onların da şərtləri Rusiya qədər yaxşı olmalıdır. Şərtlər uyğun gəlsə, “Patriot” məsələsində də addım ata bilərik”.