Ukrayna Mərkəzi Bankının keçmiş rəhbəri Valeriya Qontarevanın Kiyev ətrafındakı evi yandırılıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə eks-məmurun özü məlumat yayıb.
Ötən il bir sıra cinayətlərdə ittiham edilərək saxlanılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktar bu gün ilk dəfə İstanbulda Silivri Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada Çankaya köşkündə Rusiya və İran dövlət başçıları Vladimir Putin və Həsən Ruhani ilə danışıqlar aparılıb.