Xəbər lenti


 

Rusiyada yaşayış binasında güclü yanğın olub.
 
Bizimaz.az: "Report" xəbər verir ki, hadisə Krasnoyarskda baş verib. Beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 8 nəfər ölüb.
 
TASS-ın yazdığına görə, ölənlər arasında Lesosibirsk şəhərinin prokuroru Vasili Federoçov və onun ailə üzvləri də var.
 
Ehtimal edilir ki, onlar hadisədən əvvəl Bolşakovlar ailəsinə qonaq gediblər. "Yanğın zamanı Lesosibirskin prokuroru, onun ailə üzvləri və bacısının ailəsi həlak olub", - deyə hüquq-mühafizə orqanlarındakı müsahib bildirib.
 
Qeyd edilir ki, qonşular mənzildə uşaqların qışqırtısını eşidərək Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Xilasedicilər hadisə yerinə operativ gələrək qapını açsalar da, alovun bürüdüyü mənzildə olanların hamısının həlak olduğunu görüblər.
 
Məlumata görə, hadisəyə köhnə elektrik naqillərinin enerji yükü ilə həddən artıq yüklənməsi səbəb olub. Alov otaqlara qısaqapanma vasitəsilə yayılıb.
 
Ölənlər arasında 4 uşağın olduğu bildirilir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov