Xəbər lenti


“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris xəstəxanasından buraxılıb.

 

Bu barədə BFMTV kanalının efirində fransız jurnalist Jan-Mişel Dekyuji məlumat verib.

Jurnalistin məlumatına əsasən, Şumaxer sentyabrın 11-dən 12-ə keçən gecə xəstəxananı tərk edib. Jan-Mişel əlavə edib ki, idmançının müalicəsi gizli saxlanılır:

“Bizdə olan məlumata əsasən, Şumaxerə beyni də daxil olmaqla, bütün orqanizminə müsbət təsir edəcək hüceyrələr əlavə edilmiş qan köçürülüb”.

Qeyd edək ki, məşhur pilotun xəstəxanaya yerləşdirilməsi barədə sentyabrın 9-da məlumat yayılıb. Onu Paris xəstəxanalarının birinin kardiologiya şöbəsinə yerləşdiriblər.

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov