Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Camal Haşoqqinin öldürülməsindən 5 ay əvvəl, jurnalistin işlədiyi "Washington Post" qəzetinin rəhbəri Cef Bezosun (Jeff Bezos) telefonundakı şəxsi məlumatları haker müdaxiləsi ilə ələ keçirib.
Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi "Tor-M1" hava hücumundan müdafiə sistemindən açılan iki atəş nəticəsində qəzaya uğrayıb.
Rusiya Dövlət Duması yanvarın 20-də keçmiş Baş nazir Dmitri Medvedevin tutacağı Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsinin yaradılmasını təsdiqləməlidir. Bəzi ekspertlər bu təyinatı “vəzifənin endirilməsi” kimi qiymətləndirsə də, əslində, Medvedev Putinin təhlükəsizlik sahəsində “sağ əli”, ən vacib orqanlardan birində isə ikinci şəxs olacaq.
İsveçdə məktəbəqədər və ibtidai məktəblərdə hicaba qadağa tətbiq edən şəhərlərdən birinin rəhbərliyinin qərarından qeyri-müsəlman müəllimlər də hiddətləniblər.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bəhs edilən qadağadan sonra xristian inancına mənsub olan 6 müəllimə məktəbə müsəlman baş örtüyündə gəlib. İsveçli pedaqoqlar bu yolla hicabda məktəbə getmələri qadağan edilən müsəlman ailələrin qızlarına dəstək olmaq qərarına gəliblər.
“Müsəlman şagird qızlar bizi başı örtüklü görəndə elə sevindilər ki... Onlar bizim dəstəyimizi hiss etdilər”- deyə Marit adlı xristian müəllimə bildirib.
Məktəblərdən birinin rəhbərliyi də etirazçı müəllimləri dəstəkləyib və təhsil müəssisəsində hicaba qadağanı tətbiq etməkdən imtina edib.
"İstər mən, istərsə də həmkarlarım bu cür qərarların qüvvəyə minməsinə yol verməyəcəyik"- deyə məktəb direktoru Mattias Lidxolm bildirib.