Xəbər lenti

 

Rusiya Dövlət Duması yanvarın 20-də keçmiş Baş nazir Dmitri Medvedevin tutacağı Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsinin yaradılmasını təsdiqləməlidir. Bəzi ekspertlər bu təyinatı “vəzifənin endirilməsi” kimi qiymətləndirsə də, əslində, Medvedev Putinin təhlükəsizlik sahəsində “sağ əli”, ən vacib orqanlardan birində isə ikinci şəxs olacaq.

 

RT-nin məlumatına görə, Medvedin səlahiyyətlərinin çərçivəsi hələlik müəyyən deyil, çünki buna qədər Rusiyada sözügedən vəzifə mövcud olmayıb.

Bəzi ekspertlər yanlışlıqla eks-baş nazirin Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin müavini olacağını düşünərək, bunu Medvedevin mövqelərinin zəifləməsi kimi qiymətləndiriblər. Əslində, isə vəziyyət əksinədir. Yeni konfiqurasiyada Medvedev Təhlükəsizlik Şurası katibinin deyil, onun sədri Vladimir Putinin “sağ əli” olacaq.

Gazeta.ru-ya danışan rus politoloq Stanislav Belkovskinin sözlərinə görə, sözügedən təyinat Medvedevin faktiki olaraq vitse-prezident olması anlamına gəlir:

“Aparatdakı çəkisi və Qərbdəki əlaqələri Medvedevə hətta yeni vəzifədə daha az səlahiyyətləri olsa belə, prezidentin “xüsusi tapşırıqları”nı yerinə yetirməyə imkan verəcək”.

Medvedevin yeni vəzifəsi rəsmi qaydada təsdiq olmasa da, onun fəaliyyət dairəsi təxmin edilir. Medvedevi bu vəzifəyə təyin etməklə Putin ona ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasını tapşırıb. Keçmiş baş nazirin bundan sonra müdafiə və güc strukturları sahəsində özünəməxsus “moderator” olacağı ehtimal edilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov