Xəbər lenti



Portağalın qiyməti dörd manat olaraq qala bilməz. Gələn həftədən ucuzlaşa bilər.

 

Bizimaz.az: Bunu Oxu.Az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli mövsümdən asılı olaraq sitrus meyvələrinin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.

“Portağal bazara yeni çıxarılıb. Sitrus meyvələrinin hərəsinin yetişmə dövrü var. Bu da iqlim amillərindən və onlardan qulluqdan asılı olur.

Ümumiyyətlə, dünyanın hər yerində bahalı və ucuz bazarlar var. “Vasmoy”, “Meyvəli” və “Sumqayıt” bazarlarında qiymətlər əlverişlidir. Əsas istehlakçıların getdiyi bazarlarla digər supermarketlər arasında portağalın qiymətində fərq var.  

Nübar olduğu üçün portağalın qiyməti belə bahadır. Ola bilər ki, gələn həftədən qiymətdə ucuzlaşma olacaq. Qiyməti dörd manat olaraq qala bilməz.

Qarşıdan Yeni il bayramı gəldiyi üçün İran, Türkiyə və Gürcüstandan sitrus meyvələri gətiriləcək. Sitrus meyvələrinin bazarda qalma dövrü çox uzunmüddətli deyil. Ona görə də Yeni il bayramı ərəfəsində idxal faktoru ortaya girəcək.

Hazırda dörd manata ən yaxşı portağal satılır. Keçən həftəsonu əsas istehlakçı bazarlarda sitrus meyvələrinin monitorinqini aparmışıq. Ən bahalı portağalın qiyməti 1.20 qəpik idi. Bu, mövsümə və portağala görə əlverişli qiymətdir. Portağalın qiyməti bundan sonra ucuzlaşacaq. Minimum 70 və ya 80 qəpiyə düşəcək. Maksimum olaraq isə biz dörd və beş manata portağallar görəcəyik.

Məhsulun maya dəyəri var. Hər bir məhsul maya dəyərindən aşağı verilsə, fermerin evi yıxılar.

Cəmiyyətin yüksək gəlirli təbəqəsi də az deyil. İnsan var ki, dörd manatdan aşağı portağal yemək istəmir. Amma istehlakçı insanlar, gəliri az olan, çox uşaqlı ailələr də var. Onlara 70-80 qəpiklik məhsullar təklif edilir. Bütün dünyada bu belədir. Hər bir insanın gücü nəyə çatırsa, oradan məhsul almalıdır”, - deyə ekspert bildirib.

Nicat Nəsirli əlavə edib ki, bazarda feyxeonın qiymətində cüzi dəyişiklik var:

“Çünki feyxoa yavaş-yavaş mövsümün sonuna yaxınlaşdığı üçün azalır. Keçən həftə ən ucuz feyxoanın 80 və 1.20 manat olduğunu müşahidə elədik. Bazarlardan yığışır deyə bu təbii prosesdir.

Feyxeo ən çətin saxlanılan meyvədir. Ən az məhsulvermə xüsusiyyətinə malikdir. İki həftəyə bağlardan anbarlara yığılıb, emala gedəcək. Ona görə də keçən həftə ilə müqayisədə, bu həftə 10-15 faiz bahalaşma var. Bağlarda feyxoa 30-40 qəpiyə satılır. Bazarlarda isə 70-80 qəpiyədir. Bu da münasib qiymətdir. İstənilən məhsul bağlardan yığılan kimi dəyəri artır.

Eyni zamanda, narın qiymətində bahalaşma yoxdur. Hətta keçən illə müqayisədə, qiyməti kifayət qədər əlverişlidir. Həmçinin, mövsümə görə xaricdən gələn bananın qiyməti də kifayət qədər ucuzdur. Badımcan keçən illə müqayisədə, çox ucuzdur. Pomidor mövsümü bitsə də, hələ qiyməti münasibdir. Hazırda bazarda bahalı bir və ya iki məhsul ola bilər”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov