Payız fəslində qripə yoluxmamaq üçün peyvənd olunmaq mütləqdir. Bundan əlavə idmanla daha çox məşğul olmaq və açıq havada vaxt keçirmək virusa yoluxmaq risklərini xeyli azaltmış olur.
BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlak Nəzarəti İdarəsinin başçısı Anna Popova videokonfrans zamanı danışıb. Onun sözlərinə görə, qrip əleyhinə peyvənd XX əsrin sonundan edilməyə başlanılıb ki, bu da qripə yoluxma hallarını təxminən 200 dəfə azaldıb.
Anna Popova qeyd edib ki, onun ailəsində hamı mütəmadi qripdən peyvənd olunur. "Əlbəttə, idmanla məşğul olmaq, açıq havada çox vaxt keçirmək orqanizmin immun sisteminin müdafiəsini stimullaşdırır",-deyə Popova əlavə edib.