Xəbər lenti



“Məktəbdə təhsil yüksək səviyyədə olanda repetitor yanına getmək əlavə vaxt itkisindən başqa bir şey deyil”.

Bizimaz.az 
 qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri heç bir hazırlığa getmədən 679.5 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş Almaz Zeynallı deyir.

Neftçala rayonu Xıllı qəsəbəsindən olan Almazın sözlərinə görə, təhsil aldığı Biləsuvar rayonu Mübariz İbrahimov adına Bağça - Məktəb  - Lisey Kompleksininin bütün məzunları bu il tələbə adını qazana bilib:

“Məktəb illərində keçilən bütün fənlərə  marağım olub. Bundan başqa, fənn olimpiadalarının respublika mərhələsində coğrafiya fənni üzrə  2017-ci ildə qızıl, 2018-2019-cu illərdə gümüş medala layiq görülmüşəm. Bu dərəcələr mənə imkan verirdi ki, universitetə imtahansız qəbul olum. Ancaq uzun illər hazırlaşdığım üçün özümü sınamaq istədim və imtahanlarda iştirak etdim. Qəbul imtahanına hazırlaşarkən heç bir repetitor yanına hazırlığa getməmişəm. Liseyimizdə dərslər yüksək səviyyədə keçirilirdi, əlavə müəllim yanına getmək vaxt və enerji itkisi olardı sadəcə. 

Düzünü desəm, dayanmadan gecə-gündüz oxumamışam, sadəcə, mənə lazım olanları yaxşı oxuyub öyrənmişəm. Hazırlaşdığımız müddətdə toydan, ad günündən məhrum olmaq normal haldır. Ancaq unutmamalıyıq ki, istirahət də vacibdir. 

Çox əziyyət  çəkmişəm, ancaq düşünürəm ki, hamısına dəyər. Prezident təqaüdçüsüyəm. İqtisad Universitetinin Biznesin idarə edilməsi ixtisasına qəbul olmuşam. Hazırda 210 manat Prezident təqaüdü, 100 manat universitetin ayırdığı təqaüdü, 130 manat əlaçı təqaüdü, ümumilikdə 440 manat aylıq təqaüd alacam”. 

Bu il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 8 prezident təqaüdçüsü qəbul olub ki, onlardan da 7-si bir qrupda təhsil alır. Hətta söhbətləşdiyimiz Seyidbəyim Hüseynova və Nərmin Hüseynova repetitor yanına getməyib bu təqaüdü qazananlardandır. Seydbəyim Moskva şəhərində anadan olub və atası vəfat etdikdən sonra təhsilini Göyçay rayonu 1 nömrəli  tam orta məktəbdə davam etdirib. Builki ali məktəblərə qəbul imtahanlarında 680.2  bal toplayan tələbə rayon birincisi olub:

“Son illər  cəmiyyətdə bir fikir də formalaşıb ki, repetitor yanına getmədən ali məktəbə qəbul olunmaq mümkünsüzdür. Düşünürəm ki, bu, yanlış və eyni zamanda ali məktəbə qəbul olmaq istəyənləri  ruhdan salan bir fikirdir. Əslində repetitor yanına getmədən belə ali məktəbə qəbul olmaq olar. Planlaşdırılmış şəkildə oxumaq və istirahətə də vaxt ayırmaq vacibdir.  

Prezident təqaüdünə layiq görülmüşəm, bir gənc üçün bundan gözəl nə hədiyyə ola bilər?”  

Onun qrup yoldaşı Nərmin Hüseynova isə yaz imtahanında respublika birincisi olub:

“687.3 balla Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakültəsinə daxil olmuşam. Dərslərimiz yüksək keyfiyyətlə keçildiyi üçün hər hansı bir müəllim yanına getməyə ehtiyac olmayıb. Yatmadığım gecələr də olub, ancaq bacardığım qədər istirahətimə də vaxt ayırmışam. Sadəcə olaraq hər dərsi vaxtında oxumaq lazımdır. Gecə gec saatlara kimi oxumağın elə bir faydası yoxdur. Tez yatıb səhər tez oyanıb oxumaq daha əlverişlidir. Yaz imtahanında respublika birincisi olduğumdan Prezident təqaüdü alacağımı gözləyirdik. Ancaq yenə də çox sevindim. Bu, mənim üçün əlavə stimul idi”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov