Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, qərara əsasən Fədayə Laçının cəzası iki ilə endirilib.
Beləliklə, F.Laçının həbs müddəti oktyabrın 30-da başa çatacaq.
Qeyd edək ki, müğənni 2017-ci il oktyabrın 30-da həbs olunmuşdu. Buna qədər F.Laçının məhkəmə iclası 12 dəfə təxirə salınıb.