REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçının azad olunması üçün müraciət edib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, əməkdar artist Röya Ayxan "İnstagram" səhifəsində tanınmış telejurnalistin bu müraciətini alqışlayıb.
“Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək”,-deyə müğənni qeyd edib.
Sənətçi həmçinin “fedayeniazadedek” adlı dəstək həştəqi də açıb.
Qeyd edək ki, müğənni Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib.
BAKU.WS